Slimfit
  1. DÜNYA

Vyana şəhərində istilərlə əlaqədar “Sərin küçələr” layihəsinə start verilib

Vyana şəhərində istilərlə əlaqədar “Sərin küçələr” layihəsinə start verilib
Sakura

Vyana şəhərində istilərlə əlaqədar “Sərin küçələr” layihəsinə start verilib

 

Avropa ölkələrində isti yay günlərində əhalinin sərinlənməsi üçün müxtəlif tədbirlərə əl atılır. Yaşıl örtüyün nisbətən az olduğu, avtomobillərin çox hərəkət etdiyi və əhalinin sıx yaşadığı şəhərlərdə havaların isti keçməsi sakinlərin bir qismi üçün xüsusilə dözülməz keçir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Avstriyanın paytaxtı Vyana şəhərində bir neçə ictimai məkanda “Sərin küçələr” layihəsinə start verilib. Vyana şəhərinin yay aylarında ən isti ərazilərinin xəritəsini tərtib edən şəhər meriyası burada üç ən isti rayonda (Landştrase, Favoriten və Ottakrinq) pilot layihəyə başlayıb. Avqust ayında dörd həftə boyunca bu rayonlarda yaradılmış xüsusi ərazilər sərinlik axtaran sakinlərin xidmətində olacaq. Uşaqlar üçün su oyunları, kölgəlikdə dincəlmək üçün skamyalar, subuxarlandırıcı aparatlar və sərin su kioskları ilk növbədə istidən əziyyət çəkən yaşlılar və uşaqlar üçün nəzərdə tutulur. Həmin ərazilərdə avtomobil hərəkətinin qadağan edilməsi sakinlər tərəfindən də məmnunluqla qarşılanıb.

Qeyd edək ki, hər il yay aylarında Vyananın müxtəlif ərazilərində şəhər meriyası tərəfindən mindən artıq sərin su kioskları quraşdırılır. Bununla belə, gözlənilməz istilər yerli əhali və şəhərin qonaqları üçün ilbəil sərinliyə olan tələbatı artırır.

“Sərin küçələr” pilot layihəsi sentyabrın 8-dək davam edəcək və növbəti il əlavə məkanların da bu layihəyə daxil olacağı nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR