Slimfit
  1. DÜNYA

Vyana onuncu dəfə dünyanın ən yaşamalı şəhəri seçilib

Vyana onuncu dəfə dünyanın ən yaşamalı şəhəri seçilib
Sakura

Vyana onuncu dəfə dünyanın ən yaşamalı şəhəri seçilib

Avstriyanın paytaxtı Vyana şəhəri onuncu dəfə “dünyanın ən yaşamalı şəhəri” seçilib.

İnsan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi olan “Mercer” tərəfindən tərtib edilən ümumdünya reytinqində şəhərlər həyat keyfiyyəti standartlarına görə sıralanırlar. Builki dünya şəhərlərinin yeni siyahısında ilk onluqda yenə də Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci yeri tutub, Almaniyanın Münxen, Kanadanın Vankuver və Yeni Zelandiyanın Oklend şəhərləri 3-cü yeri bölüşdürüblər.

Builki renkinqdə ilk onluqda yenə Avropa şəhərləri üstünlük təşkil ediblər: Düsseldorf (6), Frankfurt am Mayn (7), Kopenhaqen (8), Cenevrə (9) və Bazel (10).

21-ci dəfə dünyanın 231 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər nəzərə alınıb. Eləcə də hər bir şəhərdə kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malik olub. Qiymətləndirmə dünyanın müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarda çalışan və ya uzunmüddətli ezamiyyətlərdə olan işçilər arasında aparılan sorğu əsasında tərtib edilir.

Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə son illərdə olduğu kimi yenə də İraqın paytaxtı Bağdad şəhəri dayanır. 

 

Mənbə: Azərtac.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR