Slimfit
  1. SİYASƏT

Vüqar Rəhimzadə: 2019-cu il nailiyyətlərlə zəngin, uğurlarla dolu növbəti dövr kimi yaddaşlarda qalacaq

Vüqar Rəhimzadə: 2019-cu il nailiyyətlərlə zəngin, uğurlarla dolu növbəti dövr kimi yaddaşlarda qalacaq
Sakura

Vüqar Rəhimzadə: 2019-cu il nailiyyətlərlə zəngin, uğurlarla dolu növbəti dövr kimi yaddaşlarda qalacaq

Azərbaycan 2019-cu ili böyük uğurlarla başa vurmaqdadır. Müxtəlif bölgələrdə ayrı-ayrı xalqların müharibələrin ağrı-acılarını, sosial-iqtisadi və siyasi böhranların mənfi təsirlərini yaşadığı bir zamanda Azərbaycan xalqı bu ili də yüksək rifah və inkişaf tendensiyaları ilə başa vurur. Əminəm ki, 2019-cu il də nailiyyətlərlə zəngin, uğurlarla dolu növbəti dövr kimi yaddaşlarda qalacaq.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan qlobal kollapslar dövründə daxili sabitliyini qorumaqla, inkişafını təmin etməklə, iqtisadiyyatını artım dinamikasına kökləməklə və irimiqyaslı layihələri reallaşdırmaqla öz tarixinin yeni və möhtəşəm hadisələrinə imza atıb: “Bu il Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirib, tamamilə müstəqil siyasət yürüdərək öz milli maraqlarını layiqincə təmin edib. Ölkəmiz dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq münasibətlərdə fəal iştirak edir. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, uğurlu diplomatik gedişləri ölkəmizin mövqelərini davamlı olaraq gücləndirir. Bu mənada, 2019-cu ildə Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, Bakıda önəmli beynəlxalq tədbirlər keçirilib.

Bu il həm də Azərbaycanın iqtisadi inkişafı baxımından da yaddaqalan dövr kimi xarakterize olunur. Çünki bu il qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Qeyri-neft sənayesi sahəsində artım təxminən 14 faiz, kənd təsərrüfatında 7 faizdən çoxdur. 11 ayda Azərbaycanın qeyri-neft ixracı təqribən 14-15 faiz çoxalıb, xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edib və bu, dünyada 9-cu göstəricidir. Bu il ölkəmizin valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 50 milyard dollara çatıb. Bu da rekord göstəricidir və iqtisadi müstəqilliyimizi tam təmin edir.

2019-cu il, eyni zamanda, yeni sosial, iqtisadi və struktur islahatlarını həyata keçirilməsi ilə yadda qalacaq illərdə vətəndaşların sosial rifahının yaxşılaşdırılması, həyat tərzinin yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri olub. Təsadüfi deyil ki, bu il başlanan islahatlar, ilk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına mühüm töhfələr verdi. Əməkhaqları, pensiyalar, sosial müavinətlər, tələbələrin təqaüdləri artırıldı. Müavinətlər orta hesabla 50 faiz, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci yerdədir. Eyni zamanda, problemli kreditlər məsələsi yoluna qoyulmaqla, sosial sahədə mövcud olan problemlər kompleks şəkildə öz həllini tapdı. Amma onu da unutmayaq ki, Prezident İlham Əliyev bu göstəriciləri qaneedici saymır, əməkhaqlarının və pensiyaların artımının davamlı olacağını hər zaman bildirir. Bütün bunlar isə bir daha isbatlayır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanan əsas məsələ insan amilidir”.

Vüqar Rəhimzadə bu il həyata keçirilən struktur, kadr və institusional islahatlardan da danışıb: “Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan digər mühüm vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırıldı. O cümlədən Nazirlər Kabinetində, yerli icra hakimiyyəti, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Bu islahatların, eyni zamanda, məhkəmə və qanunverici orqanları da əhatə etməsi Prezident İlham Əliyevin islahatlarla bağlı siyasi iradəsinin və qətiyyətinin göstəricisi oldu”.

“Ümumilikdə, 2019-cu il Azərbaycan üçün növbəti uğurlu mərhələ kimi müasir tariximizdə yer alacaq” deyən Vüqar Rəhimzadə əlavə edib ki, bu ilin uğurla başa çatması həyata keçirilən siyasətin düzgünlüyündən xəbər verir: “Hər bir azərbaycanlı əmindir ki, 2020-ci ildə də Azərbaycanımızın inkişafı davam edəcək, yeni tərəqqi göstəricilərinə nail olunacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR