Vüqar Bayramovun daha bir qlobal elmi uğuru
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun mərkəzin ekspertləri Gülnarə Abbas və Nəbi Rüstəmli ilə birlikdə hazırladığı tədqiqat “Eslevier” nəşriyyatı tərəfindən məşhur İnternational Economics (Beynəlxalq İqtisadiyyat) jurnalında nəşr edilib. Məqalə artıq ən böyük qlobal elmi portal olan “sciencedirect” portalında yerləşdirilib. Araşdırmanı oxumaq üçün bu link vasitəsilə keçid etmək mümkündür: https://www.sciencedirect.com/science/article/abs/pii/S211070171830297X
“Kollateral ziyan: Qərbin Rusiyaya sanksiyaları və onun post-communist ölkələrinə təsirinin qiymətləndirilməsi” adlı məqalədə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların post-kommunist qonşuları üçün orta müddətli təsirlərinin qiymətləndirməsi aparılıb. Qiymətləndirmə “VAR” modeli vasitəsilə araşdırılıb. Model Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu ölkənin post-kommunist qonşularına əhəmiyyətli dərəcədə təsir etdiyini müəyyənləşdirib. Məqalədə MDB ölkələri və Gürcüstana təsirlər ayrıca modelləşdirilib. Eyni zamanda post-sosialist ölkələri üzrə də ayrıca qiymətləndirmə aparılıb.
Bu ölkələrin Rusiya ilə ixrac əməliyyatları, pul köçürmələri və xarici investisiya qoyuluşları panel reqreslərindən istifadə etməklə araşdırılıb. Model göstərib ki, post-sosialist ölkələri MDB ölkələri ilə müqayisədə Rusiyaya daha az inteqrasiya olunub və neft və qaz ixrac edən MDB ölkələri iqtisadi baxımdan Rusiyadan nisbətən az asılıdırlar.
Digər MDB ölkələri ən həssas qrupdur və pul köçürmə kanalı onların iqtisadiyyatı üçün əhəmiyyətini qoruyub saxlayır. Məqalədə Rusiyaya tətbiq olunan sanksiyaların post-kommunist ölkələrinə təsirlərini minimumlaşdırmaq üçün konkret təkliflər irəli sürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət