Slimfit
  1. İDMAN

"Vorskla" - "Qarabağ": Mətbuat konfranslarının vaxtı müəyyənləşib

"Vorskla" - "Qarabağ": Mətbuat konfranslarının vaxtı müəyyənləşib
Sakura

"Vorskla" - "Qarabağ": Mətbuat konfranslarının vaxtı müəyyənləşib

 Ukraynada "Vorskla" və "Qarabağ" klubları arasında keçiriləcək Avropa Liqasının IV tur matçından əvvəl mətbuat konfransları və məşqlərin başlama saatları müəyyənləşib.

Poltava təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə media önünə yerli komandanın baş məşqçisi Vasili Saçko çıxacaq. O, Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla saat 17:00-da) jurnalistlərin suallarını cavablandıracaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə media önünə saat 20:30-da çıxacaq. Hər iki mətbuat konfransı oyunun keçiriləcəyi Aleksey Butovski adına "Vorskla" stadionunda olacaq.

Mətbuat konfransının ardından Azərbaycan komandası ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. "Vorskla"nın məşqi isə saat 13:15-ə stadiona deyil, klub bazasına təyin edilib.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR