Slimfit
  1. AVTO VƏ MOTO

Volvo pilotsuz yük avtomobillərində Nvidia Drive platformaları istifadə olunacaq

Volvo pilotsuz yük avtomobillərində Nvidia Drive platformaları istifadə olunacaq
Sakura

Volvo pilotsuz yük avtomobillərində Nvidia Drive platformaları istifadə olunacaq

“Volvo Group” şirkəti “Nvidia”nı pilotsuz yük avtomobillərinin yaradılması üçün tərəfdaş kimi seçilib. Gələcək avtomobillər üçün “Volvo” və “Nvidia Drive Agx Pegasus” platformasından istifadə edəcək.

TED.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət təkcə yük maşınlarından deyil, həm də avtobus və zibil maşınları, dağ-mədən sənayesi üçün avtomobillər və s. kimi müxtəlif ixtisaslaşmış maşınlardan gedir.

Hələlik heç bir detal barədə konkret məlumat verilmir.  Ancaq təqdimat zamanı misal kimi çox maraqlı statistika ortaya çıxarılıb. Belə ki, “McKinsey” ekspertlərinin hesablamalarına görə, pilotsuz yük maşınlarının 24/7 rejimində işləmək imkanı sayəsində, gələcəkdə ABŞ-da logistika xərclərini 45% azaltmaq mümkün olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR