Slimfit
  1. AVTO VƏ MOTO

Volvo konseptual çarpayılı pilotsuz avtomobili göstərdi

Volvo konseptual çarpayılı pilotsuz avtomobili göstərdi
Sakura

Volvo konseptual çarpayılı pilotsuz avtomobili göstərdi

Ens.az Populyarnaya Mexanika-ya istinadən xəbər verir ki, Volvo şirkəti 360c markalı futuristik pilotsuz avtomobil konsept-karını təqdim etdi.

Volvo 360c futuristik konseptual pilotsuz avtomobilini İsveçdə çərşənbə günü təqdim etdi. Şirkət belə maşını istehsal etməyi planlaşdırmır: konsept-kar hər şeydən əvvəl isveç şirkətinin nəqliyyatın gələcəyini necə gördüyün nümayiş etdirir.

Volvo 360c - pedal və sükan çarxından məhrum olmuş konseptual elektromobildir. Volvonun nəzərdə tutduğu kimi, belə avtomobil gələcəkdə müxtəlif məqsədlər üçün tətbiq edilə bilər: məs.: videodan göründüyü kimi, pilotsuz avtomobilin salonu yataq yerinə çevrilə bilər (konfiqurasiyalardan birində o çarpayı ilə təchiz olunub); bundan başqa o mobil ofis və ya əyləncəli yer kimi istifadə oluna bilər.

Qeyd etdiyimiz kimi, 360c vasitəsilə Volvo onun fikrincə gələcəkdə nəqliyyatın necə olacağını göstərir. Volvo hesab edir ki, “individual mobillik inkişaf etdirilməlidir” və bu halda həll tam avtonom elektrik maşınlarına keçiddən ibarətdir.


360C konseptual maşınının xarakteristikaları barədə şirkət heç bir məlumat vermir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR