Slimfit
  1. AVTO VƏ MOTO

Volvo avtomobilləri sürücünü sükan arxasına sərxoş halda buraxmayacaq

Volvo avtomobilləri sürücünü sükan arxasına sərxoş halda buraxmayacaq
Sakura

Volvo avtomobilləri sürücünü sükan arxasına sərxoş halda buraxmayacaq

Volvo 2020-ci ildən başlayaraq avtomobillərdə sürücünün yorğunluğunu analizatorunu quraşdıraraq.

Kameralar sürücünün üz ifadəsi və bəbəklərin reaksiyasını izləyəcək.

İsveç avtomobil istehsalçısı Volvo Cars 2020-ci ildən etibarən öz avtomobillərini sürücünün yorğunluğunu və ya sərxoşluq vəziyyətini aşkar etməyə qadir olan xüsusi kameralarla təchiz edəcək. Bu barədə şirkət press-relizdə xəbər verib.

“Biz yoldakı əsas iki potensial təhlükəni nəzərdən keçirdik: dalğın və ya sərxoş sürücülər”, - xəbərdə qeyd olunur. - 2020-ci ildən etibarən yeni Volvo sürücüyə nəzarət edən daxili kameralarla təchiz ediləcək. Müdaxilə deyil, lazım olduqda dəstək və kömək üçün”.

Yeni sistem belə işləyir: kameralar avtomobilin idarəsi üçün lazımi diqqətin olmasını nəzarətdə saxlamaq üçün sürücünün üz ifadəsi və bəbəklərin reaksiyasını izləyəcək. Onlar kiçik yayınmaya reaksiya verməyəcək, amma sükan arxasndakı sürücü uzun müddət yola lazımi diqqət ayırmadıqda, o, sürücü ekranından sakit xəbərdarlıq və ya səs siqnalı alacaq.

O, sürücünün sağlamlığı və həyatı üçün ciddi nəticələrə səbəb olan davranış müəyyən etdikdə, sistemin aktiv iştirakı baş verəcək. Məsələn: avtomobilin idarəetməsində aktiş iştirak olmadıqda və ya sürücü sükandan bir az aşağı düşdükdə və yatdıqda. Bu halda maşının özü tormozlamağa başlayacaq, sonra isə yol kənarına keçib tamamilə dayanacaq.

Martın əvvəlində Volvo elan etmişdi ki, 2020-ci ildən başlayaraq təhlükəsizliyi təmin etmək məqsədilə buraxılan maşınlarda sürəti 180km/s həddində məhdudlaşdıracaq.

 

Mənbə: tass.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR