Dərc edildi: Baxış sayı: 582
Volkswagenə 150 milyon dollarlıq cəza
Kanada məhkəməsi dizel emissiyasını pozduğu üçün Volkswagen şirkətinə kəsilən 150 milyon dollarlıq cəzanı təsdiqləyib.
Redaktor.az xəbər verir ki, Volkswagen şirkəti Kanadaya göndərdiyi 128 min avtomobildə emissiya standartlarını pozduğu üçün Kanada hökuməti tərəfindən məhkəməyə verilmişdi.
Alman şirkəti Kanada Ətraf Mühit qanunlarına görə, 60 qaydanı pozduğunu və yetkililəri səhv məlumatlandırdığını qəbul edib.
Güney / Redaktor.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət