Volkan Dəmirəl karyerasını bitirib
Türkiyə milli komandasının sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub.
APA-nın məlumatına görə, “Fənərbaxça” klubunun 37 yaşlı qapıçısı “transfer pəncərəsi”nin son günündə gələcəyi ilə bağlı vacib qərar verib.
“Sarı-lacivərdlilər”in rəzmlərindən birinə çevrilən veteran klubla yeni, fərqli müqavilə bağlayıb. O, “Fənərbaxça”nın məşqçilər korpusunda yer alacaq. Uzun illər həm yığma, həm klubunun uğurlarında pay sahibi olan V.Dəmirələ vida tədbiri də təşkil olunacaq. Bu mərasimin tarixi və detalları hələ dəqiqləşməyib.
Qeyd edək ki, 2002-2019-cu illərdə “Fənərbaxça”da çıxış edən qapıçı 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb, 2004—2014-cü illərdə formasını geyindiyi milli ilə Avropa çempionatının bürünc mükafatçısı olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət