Dərc edildi: Baxış sayı: 380
Voleybol üzrə dünya çempionatının qalibi müəyyənləşib
Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
“Report” xəbər verir ki, həlledici qarşılaşmada Serbiya və İtaliya komandaları üz-üzə gəlib. Qarşılaşma serblərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Üçüncü yer uğrunda görüşdə isə Çin Hollandiyanı üstələyə bilib - 3:0.
Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət