Slimfit
  1. MEDİA

Voleybol üzrə Azərbaycan millisinin məşqçisi: "Qadın voleybolundan hər şeyi gözləmək olar"

Voleybol üzrə Azərbaycan millisinin məşqçisi: "Qadın voleybolundan hər şeyi gözləmək olar"
Sakura

Voleybol üzrə Azərbaycan millisinin məşqçisi: "Qadın voleybolundan hər şeyi gözləmək olar"

Voleybol üzrə Azərbaycan millisinin məşqçisi Famil Ağayevin yoxlama oyununda Rusiyanın "Dinamo" klubunu 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra "Report"a müsahibəsi.

- Komanda dünya çempionatına hazırdırmı?

- Demək olar, 60-70 faiz. Bəzi oyunçularımız ötən mövsüm klublarında oynamadıqlarından formada deyil. Qızıl Avropa Liqasında Natalya Məmmədova, Polina Rəhimova və Yana Kulan kimi voleybolçular oynamamışdı. Bir var 1 ay, bir də var 3 ay sonra təlim-məşq toplanışına qoşulasan. Bu da fiziki hazırlıq problem yaradır. Toplanışın əvvəllərində çəki problemləri var idi. İndi get-gedə formaya düşürlər. Komandanın mundiala tam hazır olması üçün 15 gün vaxtı var. İnşallah, yarışın startınadək hazır olacağıq.

- İkinci Sloveniya toplanışında cəmi 1 yoxlama oyunu keçirdiz. Bunun mənfi təsiri oldumu?

- Əlbəttə. Mariborda 3-4 matç keçirməyimiz nəzərdə tutulmuşdu. Serbiya və Hollandiya ilə görüşlər planlaşdırılmışdı. Ancaq onlar hansısa səbəbdən Sloveniyaya gələ bilmədi. Biz bu qarşılaşmaları nəzərə alıb, ora getmişdik. Ancaq istəyimiz baş tutmadı. Yalnız Kamerunla yoxlama oyunu keçirə bildik.

- Avropa çempionatında Natalya Məmmədova qəbulda oynayırdı. Ancaq bu gün Krasnodar “Dinamo”su ilə görüşdə Yana Kulanı bu mövqedə gördük. Taktiki planda dəyişiklik etmisiz?

- Natalya və Polina Rəhimova eyni vaxtda meydanda olanda hücumlar yüksək toplarla təşkil olunur. Ancaq Yana Yelizaveta Səmədova ilə birgə qəbulda olanda hər iki 4-cü zona hücumçumuz sürətli voleybol oynayır. Bu da bizə rəqib blokundan yayınmağa imkan verir. Əvvəllər hücumlarımız yüksəyə atılan toplar üzərində qurulmuşdusa, indi daha dinamik oyun üslubuna keçmişik. Çünki bilirik ki, DÇ-də sürətli voleybol oynamasaq, bizim üçün çətin olacaq. Ancaq topun qəbulu yaxşı olmasa, sürətli oyundan danışa bilmərik.

- Bəs Yananın top qəbulu necədir?

- Pis deyil. Sadəcə, Kulan üstünə gələn topları qəbul etmək istəyir. Belədə servis qarşılayarkən libero ona yaxın mövqedə durur. Ona ekstra qəbul funksiyası vermirik. Məsələn, Odina Bayramova və Yuliya Kərimova qəbul zamanı zonanın 70 faizini nəzarətə götürür. Ancaq Odina və Liza eyni vaxtda meydanda olanda qəbulda daha rahat oynayırıq.

- Yaponiyaya neçə voleybolçu aparacaqsız?

- 14.

- Bu gün meydana çıxan 15 nəfərdən biri ixtisara düşəcək. Bu “14-lüy”ə ikinci komandadan kimlərsə düşə bilər?

- Hələ yekun heyəti açıqlamamışıq. Yəqin ki, dəyişikliklər olacaq. Son oyuna kimi heyəti deməyəcəyik. Düzdü, 10 voleybolçu əsas komandada yerini təmin edib. Ancaq qalan 4 yer üçün seçim edirik. Toppaylayıcılardan Kristina Yaqubovanın zədəsi var. Yana Əzimovanın əlində problemi var idi. Bu mövqe üçün bir az narahatıq. Dünya çempionatı uzun rallidi. Bəlkə bunu nəzərə alıb, Yaponiyaya 3 toppaylayıcı apardıq. İki oyunqurucusunu heyətə daxil etsək, 3 libero komandada yer ala bilər. Onlardan birinin adını sahə oyunçusu kimi sifariş ərizəsinə daxil edə bilərik. Hələ bununla bağlı qərar verməmişik.

- Belə çıxır ki, hələ də əsas toppaylayıcının kimliyi məlum deyil?

- Yox. Özünüz də gördüz ki, bu gün həm Yanaya, həm Kristinaya, həm də Şəfaqət Alışanovaya oynamaq imkanı verdik. Aralarında böyük fərq yoxdu.

- İlk “6-lıq” müəyyən qədər beyninizdə formalaşıb?

- Bunu demək çətindi. Yalnız diaqonal hücumçu Polina Rəhimovanın əsas heyətdə yerinin təmin olunduğunu deyə bilərik. Ancaq Natalya Məmmədovanın da onun mövqeyində oynaması mümkündü. İndi seçim şansı çoxdu. Bizim üçün əsas problem oyun praktikasının azlığıdı. Düzdü, DÇ-nin startınadək Yaponiyada İtaliya ilə yoxlama oyunlarımız olacaq. Ancaq nə qədər çox oynasan, bir o qədər çatışmazlıqları görmək şansın artar. Məsələn, sabah səhər bugünki oyunun videosuna baxıb, təhlil aparacağıq. Hər gün səhvlərimizin üzərində işləyəcəyik. Gündən-günə irəliyə gedirik.

- Çox çətin qrupa düşmüşük. Rəqiblərin oyunlarını baxıb, təhlil etmək imkanınız olub?

- Yalnız TV vasitəsi ilə qatıldıqları turnirləri izləmişik. Ancaq keçirdikləri oyunların statistikaları bizə gəlir. Hələ təhlil üçün tezdi. Amma ümumi analizlərimizi aparırıq.

- Qrupun favoriti hansı komandanı saymaq olar?

- ABŞ-ın adını çəkə bilərəm. Qrupdan bu komandayla yanaşı, Rusiya, Azərbaycan və Tailandın çıxmaq ehtimalı çoxdu. Ancaq sürpriz nəticələr ola bilər. Qadın voleybolundan hər şeyi gözləmək olar.

- Az öncə AVF-in prezidenti Cavid Qurbanovla görüşdüz. Qarşınıza hansı hədəfi qoydu?

- İlk hədəfimiz qrupdan çıxmaqdı. Çalışacağıq ki, mümkün qədər ilk sıralardan birini tutaq. Bu mərhələni keçsək, növbəti rəqiblər haqda düşünəcəyik.

- Mundialda qarşılaşmaq istəmədiyiniz komanda var?

- İstərdim ki, qrupumuzda daha asan rəqiblər olsun (gülür). Hollandiyanın yer aldığı A qrupunda yer almaq istərdik. B və C qrupunda güclü komandalar cəmləşib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR