Slimfit
  1. AZƏRBAYCAN

Voleybol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək

Voleybol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək
Sakura

Voleybol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu…

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, seçmə mərhələnin “G” qrupunda qərarlaşan millimiz səfərdə İsveç yığmasının qonağı olacaq.

Oyunun baş hakimi italiyalı Roberto Baris olacaq. Ona slovakiyalı İqor Provaznik kömək edəcək.

Hazırda “G” qrupuna 14 xalla Yunanıstan yığması liderlik edir. Azərbaycan millisi (8 xal) ikinci, İsveç yığması (5 xal) üçüncü, Lüksemburq (3 xal) komandası isə sonuncu yerdədir.

Kişi voleybolçular arasında voleybol üzrə 31-ci Avropa çempionatının ötən ilin avqustunda start verilən seçmə mərhələsi yanvarın 9-da başa çatacaq. Təsnifat yarışlarında iştirak edən 26 komanda yeddi qrupda mübarizə aparır. Seçmə mərhələnin yekununda 12 komanda – 7 qrupun hər birinin qalibləri və qrup ikinciləri arasında ən yaxşı göstəricilərə sahib olan beş komanda “Avro 2019”un final mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsinin təşkilatçıları olan 4 komanda – Fransa, Sloveniya, Belçika və Niderland yığmaları, habelə əvvəlki Avropa çempionatının yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə milliləri seçmə mərhələdə iştirak etməkdən azad olunublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR