Dərc edildi: Baxış sayı: 382
Vladimir Putin: "Tramp Rusiya ilə münasibətləri sabitləşdirmək istəyir"
"Donald Tramp haqqında guya onun heç kimi eşitməyib dinləməməsi barədə deyilənlər doğru deyil. Mən bu fikri bölüşmürəm".
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq müzakirə klubunun iclasında deyib.
"Onunla normal, peşəkar dialoqumuz olub. Əlbəttə ki, o, dinləməyi bacarır. Onun həmsöhbətin arqumentlərinə reaksiya verdiyini görürəm. Mənim onunla müəyyən şeylərdə razılaşmadığım kimi, o da nədəsə razılaşmaya bilər. Amma bu, iki tərəfdaş arasında normal müzakirədir", - V.Putin bildirib.
Rusiya Prezidenti həmçinin Donald Trampın Rusiya ilə münasibətləri sabitləşdirmək və tarazlaşdırmaq istədiyini söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət