Slimfit
  1. DÜNYA

Vladimir Putin: Prezident Ərdoğanın mərdliyi sayəsində “Türkiyə axını” layihəsinin reallaşması yaxın günlərdə başa çatacaq

Vladimir Putin: Prezident Ərdoğanın mərdliyi sayəsində “Türkiyə axını” layihəsinin reallaşması yaxın günlərdə başa çatacaq
Sakura

Vladimir Putin: Prezident Ərdoğanın mərdliyi sayəsində “Türkiyə axını” layihəsinin reallaşması yaxın…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və mərdliyi sayəsində “Türkiyə axını” layihəsinin reallaşması yaxın günlərdə başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında səsləndirib.

Rusiya Prezidenti Rusiya xammalının Avropaya çatdırılmasını şaxələndirən yeni marşrutların tikintisindən danışarkən bildirib ki, “Şimal axını - 2” və “Cənub axını” layihələri ləng həyata keçirilir, yaxud onların reallaşması təxirə salınır.

O deyib: “Biz Türkiyə ilə “Türkiyə axını”nı inşa etmək barədə razılığa gəldik. Prezident R.T.Ərdoğanın siyasi iradəsi və mərdliyi, ölkəsinin suverenliyinin ən yaxşı xüsusiyyətlərini göstərməsi sayəsində biz hər şeyi yaxın bir neçə ayda başa çatdıracağıq. Artıq layihənin dənizdən keçən hissəsi reallaşıb. İndi ərazidə iş gedir, tezliklə onu başa çatdıracağıq. İndi Avropadakı tərəfdaşlarımız qazımızı başqa marşrutla alacaqlar. Əlbəttə, əgər istəsələr”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR