Dərc edildi: Baxış sayı: 506
Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidentinə dözüm arzulayıb
Rusiya prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti, Xocalı soyqırımının müəlliflərindən biri Robert Koçaryana göndərdiyi Yeni illə bağlı bayram təbrikində dözüm arzulayıb.
“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, məlumatı Koçaryanın ofisi yayıb.
Məktubda Koçaryanın Rusiya-Ermənistan əməkdaşlığının inkişafındakı rou yüksək qiymətləndirilib.
Qeyd edək ki, 2019-cu ilin oktyabrında Vladimir Putin Yerevana səfəri zamanı məhbus, keçmiş prezidentin həyat yoldaşı Bella Koçaryanla görüşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət