Dərc edildi: Baxış sayı: 798
Vladimir Putin: “Döyüşlər Ermənistan ərazisində getmir”
Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına verdiyi müsahibədə Ermənistanla Azərbaycan arasında şiddətli döyüşləri şərh edib.
Belə ki, o, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq Rusiyanın bu münaqişəyə hərbi yolla müdaxilə edə bilməyəcəyini vurğulayıb.
“KTMT razılaşması çərçivəsində Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Döyüşlər bu günə qədər davam edir. Ancaq bunlar Ermənistan ərazisində aparılmır”, - deyə RF dövlət başçısı vurğulayıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət