Slimfit
  1. AZƏRBAYCAN

Viza qərarı BƏƏ ictimaiyyəti tərəfindən sevinclə qarşılanıb

Viza qərarı BƏƏ ictimaiyyəti tərəfindən sevinclə qarşılanıb
Sakura

Viza qərarı BƏƏ ictimaiyyəti tərəfindən sevinclə qarşılanıb

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərində daimi yaşayış icazəsi olan əcnəbilərə iyulun 26-dan etibarən Azərbaycanın beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilməsinə başlanılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın BƏƏ-dəki səfirliyi iyulun 26-da BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə rəsmi məlumat təqdim edib, həmçinin həmin gün Azərbaycana birbaşa uçuşlar həyata keçirən hava yolları və BƏƏ-nin böyük turizm şirkətləri bununla bağlı sosial şəbəkələrdəki səhifələrində elan yerləşdiriblər.

Məlum olduğu kimi, Azərbaycan son illərdə ərəb ölkələri və xüsusən Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər arasında ən populyar turistik istiqamətə çevrilib. Xüsusən yay aylarında və Qurban bayramı ərzində bu ölkədən Azərbaycana turist axını daha da güclənir. Düzdür, BƏƏ vətəndaşları və onları müşayiət edən ölkə rezidentləri Azərbaycana gəldikdə viza ala bilirdilər. Lakin “ASAN viza” sistemi vasitəsilə viza alan bir sıra ölkələrin vətəndaşları istisna olmaqla, digər ölkə vətəndaşları Azərbaycanın BƏƏ-dəki səfirliyi və baş konsulluğuna viza üçün müraciət etməli olurdu. Bu dəyişiklikdən sonra şübhəsiz ki, BƏƏ ilə Azərbaycan arasında turist mübadiləsi daha da artacaq.

Qeyd edək ki, dəyişiklik barədə xəbər BƏƏ ictimaiyyəti tərəfindən gözləniləndən artıq sevinclə qarşılanıb. Xəbər paylaşılandan sonra cəmi iki istirahət günü ərzində təkcə səfirliyin “facebook” səhifəsindən elanın 100-ə yaxın paylaşımı olub, sosial mediada ən çox müzakirə olunan xəbərlərdən birinə çevrilib, Azərbaycanın BƏƏ-nin rezident vizasına olan etibarı yüksək qiymətləndirilir. Səfirliyin elektron poçt, sosial şəbəkələrdəki səhifələrinin məktub qutusuna və həmçinin telefon vasitəsilə yüzlərlə dəqiqləşdirici müraciətlər daxil olub.

Azərbaycan tərəfindən BƏƏ-yə münasibətdə tətbiq olunan bu dəyişiklik yerli mətbuatda da geniş işıqlandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR