Slimfit
  1. AZƏRBAYCAN

Vitse-spiker: Azərbaycanda insan hüquqları ilə bağlı görülən işlər daha nikbin gələcəyi proqnozlaşdırmağa imkan verir

Vitse-spiker: Azərbaycanda insan hüquqları ilə bağlı görülən işlər daha nikbin gələcəyi proqnozlaşdırmağa imkan verir
Sakura

Vitse-spiker: Azərbaycanda insan hüquqları ilə bağlı görülən işlər daha nikbin gələcəyi proqnozlaşdırmağa…

Bu gün dünyada insan hüquqları ilə bağlı vəziyyət narahatvericidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Gənclər və İdman Nazirliyinin və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum”da deyib.

B.Muradova bildirib ki, münaqişələr dünyada fundamental insan hüquqlarının pozulmasına səbəb olub. Hüquqlarının pozulması ilə yanaşı, irqi, dini ayrı-seçkiliklər də qeydə alınır.

Vitse-spiker Azərbaycanda insan hüquqlarının təmin edilməsi ilə bağlı lazımi qanunvericilik bazasının yaradıldığını deyib. O qeyd edib ki, Azərbaycan Konstitusiyasında və digər milli qanunvericilik bazasında insan hüquqlarının təmin olunması, azad yaşamaq, təhsil almaq və digər fundmental hüquqların təmin edilməsi üçün lazımi addımlar atılıb:

"Azərbaycan, həmçinin bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Görülən işlər ölkəmizdə daha nikbin gələcəyi proqnozlaşdırmağa imkan verir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR