Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Vitamin çatışmazlığı

Vitamin çatışmazlığı
Sakura

Sizdə hansı vitaminlər çatışmır

A vitamini

Sizdə bu səbəblərdən çatışmır:
- dəridə tez-tez sızanaqlar yaranır;

- zamanla siz pis görməyə başlayırsınız;

- siz tez-tez xəstələnirsiniz; sizdə qabarlar formalaşmağa başlayır.
Səbəbi nədir: Menyunuzda yağlı məhsulların çox az olması. Məsələ ondan ibarətdir ki, A vitamininin özü pis həzm olunur, buna görə də həm bitki, həm də heyvan tərkibli yağlar lazımdır.
Nə etmək lazımdır: Rasionunuza sarımtıl-narıncı tərəvəzlər və meyvələr, skumbriya və digər yağlı balıqlar, kərə yağı, süd əlavə edin.
A vitamini ilə ən zəngin bunlardır: yerkökü, kərəviz, ispanaq.
Gündəlik tələbat: 1000 mkq.

B qrupu vitaminləri

Sizdə bu səbəblərdən çatışmır:
- yuxusuzluqdan əziyyət çəkirsiniz;

- saçlarınız sıxlaşıb; ağızda xoşagəlməz qoxu yaranıb;

- başınız tez-tez hərlənir və ağrıyır;

- saçınızda kəpək yaranıb;

- ağız boşluğunda zaeda yaranıb;

- siz yorulubsunuz; qəbizlikdən əziyyət çəkirsiniz.
Səbəbi nədir: Lif çatışmazlığı və nəticədə bağırsaq traktı pozğunluğu. Məhz onda B vitamini həzm olunur, buna görə də mədənin işində istənilən pozğunluq orqanizmdə bu vitaminin çatışmazlığına səbəb olur. Bundan başqa, B qrupu vitaminləri sağ və dırnaqların vəziyyətinə də cavabdehdir ki, onlar da öz növbəsində çatışmazlıq barəsində ilk olaraq siqnal verir.
Nə etmək lazımdır: Rasiona daha çox çəmənlik unundan çörək, tərəvəz və qoz-fındıq əlavə etmək. B12 vitamini mal əti, donuz əti və süddə var. B3 vitamini daha çox ev quşları əti, dəniz balıqları, paxlalı bitkilər, buğda cücərtilərində çoxdur.
B qrupu vitaminləri bunların tərkibində daha çoxdur: pivə mayası, buğda taxılları, kəpək, qaraciyər.
Gündəlik tələbat:
B1 - 1,5mq, B2 - 1,3mq, B5 - 4-7mq, B6 - 1,6mq, B12 - 2mq.

C vitamini

Sizdə bu səbəblərdən çatışmır:
- tez yorulursuz;

hətta kiçik cızıqlar belə gec sağalır;

- siz kökəlirsiz, amma rasionunuz dəyişməyib;

- siz siqaret çəkirsiniz;

- dəridə çox vaxt izlər qalır.
Səbəbi nədir: Zərərli vərdişlər və yuxu çatışmazlığı. Siqaret çəkənlərə C vitamini daha çox lazımdır, çünki nikotin onu qısa zamanda orqanizmdən çıxarır və mənimsənilməsinə mane olur. C vitamini üçün daha da zərərli alkoqoldur.
Nə etmək lazımdır: Təəssüf ki, daha çox sitrus meyvələrini yemək vəziyyətdən çıxış yolu deyil, allergik reaksiya mümkündür. Amma kivi, brokkoli, ispanaq, itburnu siropu və ya cövhəri kömək edəcək.
Tərkibində ən çox C vitamini bunlardadır: çiyələk, qara qarağat, turşəng.
Gündəlik tələbat: 60 mq.

D vitamini

Sizdə bu səbəblərdən çatışmır:
- siz tez-tez qıcıqlanırsınız;

- dişlərini çürüyür;

- bəzən oynaqlarınız ağrıyır.
Səbəbi nədir: Günəş çatışmazlığı, axı təbii yolla D vitamini ancaq onun şüaları altında hazırlanır. Bu vitaminin çatışmazlığı kalsiumun yığılmasına mane olur, bu da diş və sümüklərin vəziyyətinə əks olunur.
Nə etmək lazımdır: Çox gəzmək, yumurta sarısı, qaraciyər və dəniz məhsullarından çox yemək. Amma vitamini həblərlə qəbul etmək daha yaxşı olar, belə sutkalıq tələbata nəzarət etmək asandır. Çox qəbul etmək təhlükəlidir!
Tərkibində D vitamini bunlarda çoxdur: qara kürü.
Gündəlik tələbat: 2,5 mkq.

K vitamini

Sizdə bu səbəblərdən çatışmır:
- kəsik zamanı qan uzun müddət dayanmır;

- diabet əlamətləri ortaya çıxıb.
Səbəbi nədir: K vitamini çatışmazlığı mədə-bağırsaq traktının yanlış işi və ödün formalaşması və çıxarılmasına mane olan xəstəliklər ucbatından yarana bilər. Həmçinin qazlı içkilər, alkoqol və bəzi antibiotiklər, sakitləşdiricilər bunun səbəbidir.
Nə etmək lazımdır: Qazlı içkilərdən imtina etmək, rasionu ispanaq və brüssel kələmi ilə tamamlamaq. Həmçinin nəzərə almaq lazımdır ki, zeytun yağı, bəzi meyvələr (banan, avokado, kivi), kəpəklərdə də bu vitamin var.
Tərkibində ən çox K vitamini olanlar bunlardır: gül kələmi, salat.
Gündəlik tələbat: 60-140mkq.

İ vitamini

Sizdə bu səbəblərdən çatışmır:
- adi məhsullara allergik reaksiya yaranıb;

- tez-tez mədədə ağrılar olur;

- yeməkdən sonra ürək bulanması əziyyət verir.
Səbəbi nədir: Bitki tərkibli qidaların çatışmazlığı - axı bizim orqanizm bu vitamini sintez, biz onu ancaq xaricdən ala bilərik. Əslində bu vitamin deyil, vitamin kimi maddədir; o, mədə və onikibarmaq bağırsaq xorasının qarşısını alır, ağrıkəsici və müalicəvi xüsusiyyətlərə malikdir. Həmçinin antiqistaminlərin ifrazını stimullaşdırır və pollinoz, bronxial astma və qida allergiyasının yaranması ehtimalını azaldır.
Nə etmək lazımdır: Şirin bibər, soğan, banan yemək. Təzə pomidor, kərəviz, turp yeməyi unutmayın.
Tərkibində ən çox İ vitamini olanlar bunlardır: qulançar, çuğundur və kərəviz.
Gündəlik tələbat: 100-300 mq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR