Slimfit
  1. İQTİSADİYYAT

'Visa' Azərbaycan üzrə yeni direktor təyin edib

'Visa' Azərbaycan üzrə yeni direktor təyin edib
Sakura

'Visa' Azərbaycan üzrə yeni direktor təyin edib

Visa International” şirkətinin Qafqaz regionu üzrə yeni direktoru təyin edilib. 

Report”un şirkətə istinadən verdiyi xəbərə görə, yeni ölkə direktoru Kristina Doroş olub.

K.Doroş bu yeni vəzifəsində əsas diqqətini “Visa” şirkətinin regionun bazarlarındakı fəaliyyətinə, eləcə də şirkətin banklara, satış nümayəndələrinə və kart sahiblərinə göstərdiyi dəyəri artırmaqla Qafqaz regionunda elektron ödənişlərin genişlənməsinə yönəldəcək.

“Biz Kristina Doroşun “Visa” şirkətinin Qafqaz regionu üzrə ölkə direktoru vəzifəsinə təyin olunmasından böyük məmnunluq duyuruq. Sınanmış idarəetmə və liderlik bacarıqları, ödənişlərlə bağlı dərin bilikləri və regional biznes işini əla bilməsi sayəsində Kristinanın şirkətimizin Qafqaz regionundakı ölkələrə verdiyi əhəmiyyəti nəzərə alaraq, fəaliyyətimizi daha yüksək zirvələrə aparacağına inanırıq”, - “Visa” şirkətinin CISSEE üzrə ölkə direktoru Vera Platonova bildirib.

Kristina Doros pərakəndə bankçılıq, informasiya texnologiyaları, kartlar və mobil ödəmələr üzrə 20 illik iş təcrübəsinə malikdir. 2016-cı ildən bəri Kristina Doros Regional Məhsullar komandasına rəhbərlik etmək üçün “Visa” şirkətinə qoşulub və 2019-cu ildən Problemlərin Həlli Departamentinin müdiri, “Visa” CISSEE-nin vitse-prezidentinin səlahiyyətlərini icra edir. Əsas məhsullardan (Debit, Credit və Premium) başqa, Kristina həmçinin elektron ödənişlərin yayılması üçün baza rolunu oynayan “Loyalty” platformasının inkişafı, Rəqəmsal Həllər və “Push Payments” sistemini idarə edir. Kristinanın peşəkar uğurlarının əsas mərhələlərinə Premium ödənişlərinin artırılması, Ukraynada və Belarusda “Loyalty” proqramının işə salınması, Tap to Phone SME texnologiyasının işə salınmasının dəstəklənməsi və s. daxildir.

“Visa CİSSEE məhsulları komandasının rəhbəri kimi maraqlı təcrübəmdən sonra Qafqaz regionunda “Visa” şirkətinə rəhbərlik etməkdən məmnunluq duyuram. Bu, müştərilərimizə və tərəfdaşlarımıza daha çox innovasiya və fayda təqdim edə bilmək və ödənişlərin gələcəyini formalaşdırmaqla və regionda yenilikləri təşviq etməklə bazarda mövcudluğumuzu gücləndirmək üçün maraqlı və çətin bir imkandır”, - Kristina Doroş deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR