Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Virusoloq dünyada yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib

Virusoloq dünyada yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Sakura

Virusoloq dünyada yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib

Pandemiyaya qarşı mübarizə total təcrid olmadan da mümkündür, sadəcə qoruyucu tədbirlərə riayət etməklə viruslarla yaşamağı öyrənmək lazımdır.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İordaniyanın keçmiş Ali Təhsil naziri, virusoloq Azami Mohafaza bildirib

“Dünyada virus pandemiyası təkrarlanarsa, qapanma (ölkələrin – red.) doğru həll yolu olmayacaq. Viruslarla birgə mühitdə yaşamağı öyrənməliyik. İndi bizdə (İordaniyada – red.) virus var və geniş yayılıb, lakin kütləvi bağlanma yoxdur, bununla belə onminlərlə yoluxma halı da görmürük. Əgər xəstəliyi müəyyənləşdirmək, xəstələri və onlarla təmasda olan vətəndaşları təcrid etmək kimi müəyyən tədbirlər görsək, həmçinin təmiz qalmaq və maska taxmaq, ictimai yerlərdə sosial məsafəni qorumaq kimi epidemioloji qorunma vasitələrinə uyğun davransaq, bu, virusla yaşamaq üçün kifayətdir”, - A.Mohafaza deyib.

Dünyada yeni pandemiya təhlükəsinin olub-olmaması barədə suala cavab verərkən isə virusoloq yeni qrip növünün yayıla biləcəyini vurğulayıb. Onun fikrincə, koronavirus infeksiyası dünya əhalisi arasında daim mövcud olacaq xəstəlikdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada təxminən 25,3 milyon koronavirusa yoluxma halı qeydə alınıb, təqribən 848 min insan virus qurbanı olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR