Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Virtual Məktəb – Təlimat - Azərbaycan Respublikası Təhsil Nazirliyi

Virtual Məktəb – Təlimat - Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sakura

Virtual Məktəb – Təlimat - Azərbaycan Respublikası Təhsil Nazirliyi

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə Virtual Məktəb layihəsini təqdim edir.

Layihəyə qoşulmaq üçün virtual.edu.az saytına daxil olmaq və qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat zamanı şagirdin şəxsiyyət vəsiqəsində qeyd olunmuş fərdi identifikasiya nömrəsini - FİN kodu daxil edin.

FİN şəxsiyyət vəsiqəsinin fotoşəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur.

Daha sonra şagirdin doğum tarixini daxil edib “davam et” düyməsini sıxın. Açılan 3-cü xanada valideynin e-poçt ünvanını daxil edib “Davam et” seçin.

Qeydiyyatı tamamlamaq üçün elektron poçt ünvanınızı yoxlayın.

Elektron poçt ünvanınıza gələn məktubda “Qeydiyyatı tamamla” düyməsini sıxın.

Qarşınıza:

“Qeydiyyatınız uğurla tamamlandı. Elektron poçtunuza istifadəçi adı və şifrə göndərildi. Təşəkkür edirik.” mesajı çıxacaq.

Sistem tərəfindən sizə istifadəçi adı və şifrə göndəriləcəkdir. Bu məlumatları unutmamaq üçün qeyd etmək tövsiyə olunur.

Virtual məktəbə daxil olmaq üçün “Virtual məktəbə daxil ol” düyməsini sıxın.

İlk öncə istifadəçı adını…

…daha sonra şifrəni daxil edin.

Məlumatları daxil edəndə klaviaturada dil seçimin ingilis dili olduğundan əmin olun.

Sistemə daxil olduqda şagirdlər yaşlarına uyğun siniflərə düşəcək, Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş teledərslərə baxa biləcək, və həmin mövzulara uyğun müəllimər tərəfindən hazırlanmış tapşırıqları yerinə yetirə biləcəklər.

Virtual Məktəb platformasında tədris materialları, onlayn dərslər, tapşırıqlar və şagird yoldaşları ilə əlaqə saxlamaq üçün imkanlar vardır.

Video dərsləri izləmək üçün virtual sinifə daxil olub, “Teledərslər” bölməsini seçmək lazımdır.

Tapşırıqları həll etmək üçün “Assignments” bölməsinə daxil olmaq, orada fənni seçmək və tapşırıq suallarına cavab vermək lazımdır.

Tapşırıqların nəticələri, düz və səhv cavablar testin sonunda hər bir iştirakçıya təqdim olunacaq.

Hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq, yeni suallar Virtual Məktəb platformasına əlavə olunacaqdır.

Şagird yoldaşlarınızla görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə bilərsiniz.

Bunun üçün ekranın yuxarısındakı cərgədə yoldaşınızın adını yazın və əgər yoldaşınız da qeydiyyatdan keçibsə adı siyahıda görünəcəkdir.

Qeyd olunanlar platformanın minimal funksionalıdır. Microsoft Teams platformasının imkanları daha genişdir. Tədris zamanı müxtəlif tətbiqləri yoxlayın, təhsiliniz üçün faydalısını seçib, müəllim və şagird yoldaşlarınızla bölüşün.

Microsoft Teams platformasının mobil tətbiqi də mövcuddur. Bunun üçün Apple AppStore və Google Play marketlərindən eyni adlı tətbiqi yükləyib istifadəçi adı və parolunuzla istifadəyə başlaya bilərsiniz.

 

Virtual Məktəbə daxil ol

Virtual məktəbdə qeydiyyat

Video təlimat: 

Mənbə: Virtual.Edu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR