Slimfit
  1. TEXNOLOGİYA

Virtual köşklər turistləri keçmişə və gələcəyə aparacaq

Virtual köşklər turistləri keçmişə və gələcəyə aparacaq
Sakura

Virtual köşklər turistləri keçmişə və gələcəyə aparacaq

Fransada “Monument des Fraternisations” tarixi abidəsinin yanında “Timescope” layihəsi çərçivəsində virtual köşklər istifadəyə verilib.

AZƏRTAC techcult.ru saytına istinadla xəbər verir ki, hazırda Fransada 15 belə köşk fəaliyyət göstərir. Onların hazırlanma sürəti texnologiya və ya investisiyalardan deyil, rəssam və dizaynerlərin işindən asılıdır. Onlar arxiv şəkilləri, xəritə və təsvirlər əsasında tarixi məkan və hadisələrin real üçölçülü modellərini yaradırlar.

Virtual köşklər əlverişsiz hava şəraitindən mühafizə olunur. Onu da qeyd etmək lazımdır ki, layihə müəllifləri keçmişlə yanaşı, gələcəyə də virtual səyahətlər təşkil edirlər.

“Timescope” texnologiyasını Las-Veqasda keçiriləcək “CES-2018” beynəlxalq elektronika sərgisi zamanı tam qiymətləndirmək mümkün olacaq. Gələn ilin axırınadək tanınmış turizm obyektlərinin yaxınlığında ən azı 100 virtual köşkün istifadəyə veriləcəyi nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR