Slimfit
  1. TEXNOLOGİYA

“Virtual aləmə səyahət” adlı tədbir keçirilib

“Virtual aləmə səyahət” adlı tədbir keçirilib
Sakura

“Virtual aləmə səyahət” adlı tədbir keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC tərəfindən 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı “Virtual aləmə səyahət” adlı tədbir keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi şagirdlərinin iştirakı ilə baş tutub. Şagirdlərə internetdə təhlükəsiz davranış qaydalarını və virtual məkanda yarana biləcək təhlükələrdən qorunma yollarını izah etmək üçün psixoloq dəvət edilib.

İlk öncə azyaşlılara yüksək texnologiyaların sürətli inkişaf etdiyi dövrdə hər kəsin maraq dairəsinə daxil olan virtual aləmin üstünlükləri haqqında məlumat verilib. Tədris prosesində internetdə yer alan zəruri məlumatlardan faydalanma yolları haqqında danışılıb. Eyni zamanda istənilən informasiyaya azad çıxış imkanı verən internet şəbəkəsinin təhlükələrindən bəhs edilib. Zərərli məzmun daşıyan veb-saytların, oyunların, filmlərin və sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyətin mənfi nəticələri barədə məlumat verilib.

Daha sonra virtual reallıq mərkəzində şagirdlər üçün son nəsil virtual cihazlarlardan istifadə etməklə onların yaş həddinə uyğun əyləncəli oyun proqramı təşkil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR