Dərc edildi: Baxış sayı: 807
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili işlər nazirinin əmri ilə Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini polkovnik-leytenant Səfər Nuriyev tutduğu vəzifədən azad edilib.
Redaktor.az xəbər verir ki, digər əmrə əsasən o, Baş Narkotiklə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə Regional Polis İdarəsinə rəis müavini vəsifəsinə təyin olunub.
Qeyd edək ki, S.Nuriyev 3 ilə yaxın Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.
Ailəlidir, 2 övladı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət