Dərc edildi: Baxış sayı: 1075
Vilayət Eyvazovdan iki yeni təyinat
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilərək, Kadrlar İdarəsinə rəis təyin edilib.
Nazirin digər əmri ilə isə BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev də vəzifəsindən azad edilərək, idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, bu barədə ilk məlumatı avtosfer.az yayıb.
İlhamə Əbülfət
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət