Dərc edildi: Baxış sayı: 666
Vilayət Eyvazovdan daha bir təyinat
Daxili işlər orqanlarında (DİN) yeni kadr təyinatı olub.
"Report" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Toğrul Həsənağa oğlu Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, T.Hüseynov bu təyinata qədər Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi vəzifəsində çalışırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət