Slimfit
  1. AZƏRBAYCAN

Vilayət Eyvazov yol polisinin rəis müavinini işdən çıxardı

Vilayət Eyvazov yol polisinin rəis müavinini işdən çıxardı
Sakura

Polkovnik Mübariz Şahbazov təqaüdə göndərilib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib.
Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, Mübariz Şahbazov uzun illərdir Baş DYPİ-nin rəis müavini vəzifəsində çalışırdı. O, 2017-ci ilin oktyabrında yaş həddi ilə əlaqədar təqaüdə göndərilən polkovnik Hacımurad Abdullayevin rəhbərlik etdiyi Qeydiyyat-İmtihat İdarəsinin rəisi vəzifəsini də daşıyırdı. Bu idarə həmin tarixədək şöbə statusu daşıyırdı.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR