Slimfit
  1. CƏMİYYƏT

Vilayət Eyvazov qətlə yetirilən Cavidlə bağlı göstəriş verdi

Vilayət Eyvazov qətlə yetirilən Cavidlə bağlı göstəriş verdi
Sakura

Vilayət Eyvazov qətlə yetirilən Cavidlə bağlı göstəriş verdi

Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Verilən məlumata görə, DİN-in Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb.

Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Ukrayna Milli Polisinin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər.

Qeyd edək ki, ilkin ehtimallara görə, oktyabrın 7-də 22 yaşlı azərbaycanlı rəqqas, iqtisadçı Cavid Hacıyev Kiyevdə dostu Əli Abdullayev tərəfindən baltalanaraq öldürülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR