Dərc edildi: Baxış sayı: 511
Vilayət Eyvazov məşhur DPY rəisini işdən çıxardı
Bakının tanınmış DYP rəisi işdən çıxarılıb.
Ens.az Lent.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
Xatırladaq ki, sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılıb.
O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət