Dərc edildi: Baxış sayı: 2051
Vilayət Eyvazov Kamran Əliyevin yerinə yeni təyinat etdi
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyinatı olub.
“Report”un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, BDYPİ-nin YPX Şöbəsinin Baş Dövlət Avtomobil müfəttişi vəzifəsində çalışan polis polkovnik-leytenantı Sadin Əsgərov idarənin YPX şöbəsinə rəis təyin olunub.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib.
Qeyd edək ki, BDYPİ-nin YPX şöbəsinə daha əvvəl K.Əliyev rəhbərlik edirdi.
Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət