Dərc edildi: Baxış sayı: 296
Vilayət Eyvazov generalı vəzifədən azad etdi
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.
Ens.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət