Slimfit
  1. CƏMİYYƏT

Vilayət Eyvazov bu qərara dəyişiklik etdi

Vilayət Eyvazov bu qərara dəyişiklik etdi
Sakura

Vilayət Eyvazov bu qərara dəyişiklik etdi

"Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilib.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərara əsasən, sənədin 6-cı maddəsində dəyişiklik olunub. Qeyd edək ki, Təlimatın 6-cı maddəsi mülki silahın əldə edilməsi ilə bağlı icazə sistemini müəyyənləşdirir.

Həmin sənədə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.

Şəxs spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludədirsə, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi rəyi olduqda onun mülki silah almaq hüququ yoxdur.

Bu barədə sənədin 6.45.2-ci yarımbəndində yazılıb.

Nazir Vilayət Eyvazovun qərarı ilə isə həmin yarımbənddə olan "səhiyyə orqanının tibbi rəyi” sözləri, "tibb müəssisəsinin rəyi” sözləri ilə əvəzlənib.

Qərar iyulun 31-dən qüvvəyə minib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR