Slimfit
  1. AZƏRBAYCAN

Vilayət Eyvazov 41 gəncə vəzifə verdi - Püşkatma yolu ilə

Vilayət Eyvazov 41 gəncə vəzifə verdi - Püşkatma yolu ilə
Sakura

Vilayət Eyvazov 41 gəncə vəzifə verdi - Püşkatma yolu ilə

Bu gün Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov da iştirak edib. 

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə Bakı qeydiyyatında olan 41 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. 

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmiş və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.

Yeri gəlmişkən, Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş beş məzundan biri  nazirliyin Baş Təşkilat-İnspeksiya İdarəsinə, biri Baş Cinayət Axtarışı İdarəsinə, biri Baş Kadrlar İdarəsinə, iki nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR