Slimfit
  1. TEXNOLOGİYA

Vikipediyanın resursları müzakirə olunur – 150 minə yaxın məqalənin redaktəsinə nəzarət mümkündürmü?

Vikipediyanın resursları müzakirə olunur – 150 minə yaxın məqalənin redaktəsinə nəzarət mümkündürmü?
Sakura

Vikipediyanın resursları müzakirə olunur – 150 minə yaxın məqalənin redaktəsinə nəzarət mümkündürmü?

Vikipediya azad resurs olduğu üçün istənilən şəxs orada redaktə və ya məqalə yarada bilər. Əsas odur ki, Vikipediyanın şərtləri çərçivəsində olsun”.

Bu sözləri AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Elnur Eltürk TED.az-a açıqlamasında bildirib.

Elnur Eltürk qeyd edib ki, düzgün məqalə yerləşdirmək üçün Vikipediyanın prinsiplərinin, fəlsəfəsini öyrənmək lazımdır: "Bunu bilməyənlər yanlış məlumatlar yerləşdirə və insanların diqqətini başqa istiqamətə yönəldə bilər. Ona görə də Vikipediyada yanlış məlumatların olması gözlənilən haldır. Əsas odur ki, məlumatları doğru və düzgün redaktə edə biləsən. İstinadlarla, mənbələrlə düzgün işləmək lazımdır”.

Elnur Eltürk Mərkəzi Elmi Kitabxanada Vikipediya Metodik Mərkəzinin fəaliyyət göstərdiyini və burada ödənişsiz Vikipediya təlimlərinin keçirildiyini də vurğulayıb: “Mərkəzdə könüllülər fəaliyyət göstərir. Könüllülərin işi burada məqalə yazıb onu redakte etməkdən ibarətdir. Fəal istifadəçilər və idarəçilər yeni yaradılan məqalələrə maksimum nəzarət etməyə çalışırlar”.

Qeyd edək ki,  Azərbaycandilli Vikipediyada 150 minə yaxın məqalə var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR