Slimfit
  1. TARİX

Vikinqlərlə bağlı bildiyiniz hər şeyi unudun - əslində onlar...

Vikinqlərlə bağlı bildiyiniz hər şeyi unudun - əslində onlar...
Sakura

Vikinqlərlə bağlı bildiyiniz hər şeyi unudun - əslində onlar...

Vikinqlərin qalxan divarına aid kinolar və televiziya seriallarına tez-tez rast gəlinir. Yan-yana düzülmüş Vikinq qalxanları fikirləşdiyimiz kimi deyil. Müharibə Arxeologiyası Dərnəyinin müdiri Rolf Vorminq deyir ki, Vikinqlərin qalxanlarının arxasında döyüşməsi tamamilə səhvdir. Bu nəticəyə o, Vikinqlərin qılıncları və qalxanları üzərində apardığı təcrübədən sonra gəlib.

Vikinqlərin qalxan divarı düşmənin zərbələrinə davam gətirməyəcək qədər zəif idi. Ümumiyyətlə, Vikinqləri qalxan divarları arxasında döyüşərkən düşünürük. Ancaq qalxanlar həddən artıq zəif və düşmən tərəfindən asanlıqla dəf edilə bilən idi. Ən yaxşı müdafiə hücumdur.

Vorming Vikinq dövründən qalmış zireh və dəbilqələrlə sınaq həyata keçirmişdi. Real müharibə səhnələrinə uyğun olaraq, Vorminqin köməkçisinin ona qılıncla hücum edib və qalxanların fərqliliyini yoxlayıb. Əldə etdiyi nəticələr heç də qalxan divarının lehinə olmayıb. Vorminqin keçirdiyi sınaqlarda qalxanların müdafiədə üstünlüyə səbəb olmadığı aydın şəkildə görünüb. Qalxanın hücum edənin qılıncının zərbəsindən müdafiə üçün istifadə edildiyini nəzərə alsaq, qalxanın daha çox zərər gördüyünü söyləmək olar.

Bəzi hallarda qalxan divarlarından söz açılır, amma onların nə cür hazırlanması barədə heç nə deyilmir. Xüsusi bir taktikadan əlavə bu quraşdırılmış ədəbi nümunəyə bənzəyir. Vorminq deyir ki, Vikinqlər düşmınlərinə qarşı daha sərbəst şəkildə döyüşür və qalxanlarını özünümüdafiə və hücum üçün istifadə edən daha təcrübəli döyüşlər olduğunu ehtimal edir. Vorminqin sözlərinə görə, yaxın məsafədə durub qalxan divarı düzəltmək heç bir ədəbiyyatda və təcrübədə rast gəlinməyib. Vikinqlərin döyüş tərzlərinə yenidən baxılmalıdır.

Vorminqin məsləhətçisisi dosent Henrietta Linqstrom da buna inandığını deyir. O, Vikinqlərin çiyin-çiyinə vuruşub, zərbələri gözləmələrinin sağlam fikir olmadığını deyib. Vorminqin iddiaları daha məntiqlidir. Bu elmi çevrələrdə yayılsa, Vikinqlərin nə cür döyüşdükləri barədə fikirlər dəyişə bilər. Aparılan yeni araşdırma Vikinq döyüşlərini səhnələşdirmək istəyənləri çətin vəziyyətə sala bilər.

Trollerbuqdakı Vikinq qalasından məsul şəxs Anma Kristin Larsen Vorminqin iddiaları ilə razı deyil. Onun fikrincə, bu mövzuda böyük miqyaslı iş görmək daha həyəcanlı ola bilər. Hər il bir qrup insan Vikinq ordusunu səhnələşdirmək üçün qalxan divarlarında istifadə olunan taktikalar üzərində işləyirlər. Larsenin fikrincə, bu taktikalar davamlı olaraq istifadə olunacaq.

Larsenə görə, Vorminqin sınaqları müharibə üzərində qurulub. Bu səbəbdən qalxan divarlarının geniş miqyaslı qarşıdurmada nə qədər effektli olduğunu bilmirik. Bu sahədə araşdırmaların aparılması çox öməmlidir. Buna görə Larsen və yoldaşları Vorminqin apardığı araşdırmaları yaxından izləyirlər.

Larsen əlavə edib ki, Trollerborqda Vikinq dövrünü həqiqətə daha uyğun şəkildə yaratmağa çalışırıq. Bütün ordu ilə həyata keçirilmiş sınaqda qalxan divarının əslində heç bir işə yaramadığını göstərdiyimiz təqdirdə döyüşçülərdə dəyişikliklərə açıq olacaqlar.

 

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR