Slimfit
  1. MARAQLI

Vikinqlərin təqribən 820-ci ildə suya buraxılmış gəmiləri -tarix

Vikinqlərin təqribən 820-ci ildə suya buraxılmış gəmiləri -tarix
Sakura

“Oseberg” vikinqlərin palıd ağacından hazırladıqları gəmidir və 1904-cü ildə Norveçin Vestfoll əyalətinin…

“Oseberg” vikinqlərin palıd ağacından hazırladıqları gəmidir və 1904-cü ildə Norveçin Vestfoll əyalətinin Tyensberq şəhəri yaxınlığında aşkar edilib.

Bu gəmi tərkib hissələri ilə birgə torpaqdan çıxarılmışdır və hazırda Osloda “Vikinqlər muzeyi”ndə saxlanılır. Dendroxronoloji məlumatlara görə, gəmi təqribən 820-ci ildə suya buraxılmış və 834-cü ilə qədər sahilyanı naviqasiya üçün istifadə olunmuşdur.

Gəminin uzunluğu 22 metr, eni 6 metr, dirəyinin ölçüsü isə 6-dan 10 metrə qədər ola bilərdi. 90 kv. metr yelkənə malik gəmi 10 dəniz milinə qədər sürət yığa bilirdi.

Arxeoloqlar gəmi ilə birgə yüksək cəmiyyətə məxsus iki qadının (yaşlı və gənc) və tovuz quşunun sümüklərinə, Şərq ipək parçasının qalıqlarına rast gəlmişlər. Bütün bunlar vikinqlərin Volqa və Dnepr çayları ilə Şərqlə ticarət etdiklərini sübut edir.

Skandinaviyalı alimlər gəmidə dəfn edilənləri uzun müddət İnqlinqlər sülaləsi ilə əlaqələndirməyə çalışmışlar və hətta qadınlardan birini onların kralının həyat yoldaşı olduğunu iddia edirlər.

Mənbə:seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR