Slimfit
  1. AZƏRBAYCANLI

Videodan ilhamlanıb şirkət quran azərbaycanlı gənc

Videodan ilhamlanıb şirkət quran azərbaycanlı gənc
Sakura

Videodan ilhamlanıb şirkət quran azərbaycanlı gənc

Fərid Davudov əvvəllər kinematoqrafiya və digər incəsənət növləri – animasiya, 3D ilə maraqlanıb, universiteti bitirdikən sonra – 2008-2009-cu illərdə oyun sənayesinə keçid edib.

Azərbaycanda ilk oyun və mobil tətbiqetmə hazırlayan şirkət “Aylex”də çalışandan bir müddət sonra öz şirkətini qurmaq qərarına gələn müsahibimiz 2010-cu ildə “The Fat Brain” şirkətini yaradıb.

Startap layihə kimi yox, şirkət olaraq fəaliyyət göstərib, hər hansı məhsul çıxarılmayıb, müəyyən məhsul üzərindən xidmətlər göstərilib: artırılmış reallıq, virtual reallıq və 360 dərəcəlik videoyayımlar kimi.

 “Customar” şirkətinin yaradıcısı Fərid Davudovla müsahibəni təqdim edirik:

– Startapın ideyası tam olaraq nədən ibarətdir və ağlınıza necə gəlib?

– Oyun sferası ilə maraqlanan zaman artırılmış reallıqla bağlı qarşıma video çıxdı və marağıma səbəb oldu. Həmin dövrdə mobil telefonlar təzə-təzə meydana çıxırdı, inkişaf etməmişdi. Veb üzərindən layihələr yaratmağa başladıq.

O vaxtlar elə dövr idi ki, insanlara nəyisə başa salmaq çətin idi. Mobillə çıxış yox idi, hamı veb üzərindən çıxış edirdi. Ağlıma gəldi ki, artırılmış reallıq çox yaxşı texnologiyadır, o, hər yerdə, ağlınıza gələn hər şeydə istifadə oluna bilər: oyunlarda, marketinqdə, kinematoqrafiyada.

Fikirləşdik ki, artırılmış reallıq xidməti göstərən şirkət kimi fəaliyyət göstərək. Azərbaycanın ilk artırılmış reallıqla məşğul olan şirkəti – “The Fat Brain” fəaliyyətə başladı. Nümunələr hazırlasaq da, bir müddət bazara giriş edə bilmədik.

Adamlar anlamırdı, üzərindən 10 il keçib, hələ indi insanlar artırılmış və virtual reallığın nə olduğunu qavrayırlar. 2010-cu ildə şirkəti dondurub fasilə verdim. Araşdırmalarla məşğul oldum, 2013-cü ildə yenidən şirkəti bərpa etdim, komanda yığdım və fəaliyyətimiz davam etdi.

– Startapın hazırlanma prosesi necə olub?

– Şirkət yaranandan sonra xarici ölkələrdə nələr baş verdiyini izlədik, dəyişikliklər edərək, onları daha yaxşı formada təqdim etdik. İdeyadan ideya yarandı.

– İndiyə kimi startapla bağlı dərsləriniz olub?

– 2009-2010-cu illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti – red.) artırılmış reallıqla bağlı master-klas keçdim, orada 4-5 gənclə tanış oldum, onlar şirkət yaratdılar, amma şirkət tez bir zamanda dağıldı. Çünki gənc olanda hərə ipin bir ucundan tutmur, hamı eyni anda eyni işi görmək istəyir. 

– Sizi kim maliyyələşdirir, şirkət olaraq necə böyüdünüz?

– Əsas olan netvörkdür, onun olmağı sizin investisiya tapmaq şansınızı artırır. Ümumiyyətlə, startapın köməkçisi netvörkdür. Xəzər Universitetindən doqquz min manatlıq kreditlə başladıq.

Sonra digər layihələrimizə də investor tapdıq, amma artıq özümüz fəaliyyətimizi inkişaf etdirmişdik. 2016-2017-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İKT Fondunun maliyyə dəstəkləri oldu. Biz də layihə və şirkətin genişlənməsi üçün maliyyəni dövriyyəyə buraxırdıq.

– Gələcək üçün planlarınız nələrdir?

– Hazırda Türkiyədə, Kanadada satış tərəfdaşlarımız var, İsveçlə əlaqəli işlərimiz olub. Qazaxıstan və ABŞ bazarına açılmağa çalışırıq. Bu yaxınlarda Qazaxıstan, yayda ABŞ-la əməkdaşlığımızın hazır olacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR