Slimfit
  1. CƏMİYYƏT

Vəzifəsindən azad edilən general Arzu Rəhimov kimdir? (DOSYE)

Vəzifəsindən azad edilən general Arzu Rəhimov kimdir? (DOSYE)
Sakura

Vəzifəsindən azad edilən general Arzu Rəhimov kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov vəzifəsindən azad edilib.
 
Qaynarinfo xəbər verir ki, bununla bağlı sərəncamı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzalayıb.
 
Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olub. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib. 1986-1989-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.
 
1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək qalxıb. 2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb.
 
2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb.
 
2010-cu ilin 17 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 813 saylı Sərəncamına əsasən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
 
Dövlət başçısının 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub. Prezidentin 1 mart 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.
 
Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.
 
Azərbaycan və rus dillərini mükəmməl bilir. Ailəlidir, iki övladı var. Xidmət etdiyi dövrdə 20-dən artıq dövlət mükafatı və medallarla təltif olunub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR