Dərc edildi: Baxış sayı: 321
Veteran futbolçu Arzu Mirzəyev vəfat edib
"Neftçi" və "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.
Ens.az Apasport.az-a istinadən xəbər verir ki, keçmiş oyunçu 58 yaşında vəfat edib.
Son olaraq Gəncədəki "Təhsil" cəmiyyətində uşaq məşqçisi kimi işləyən Mirzəyev evində ölü vəziyyətində tapılıb.
Qeyd edək ki, Arzu Mirzəyev 1979-1983-cü illərdə "Kəpəz"də, 1984-1991-ci illərdə “Neftçi”də çıxış edib. O, futbolçu karyerasını bitirdikdən sonra bir müddət "Kəpəz"in baş məşqçisi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət