Slimfit
  1. AZƏRBAYCAN

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir
Sakura

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib.
Qurumdan SİA-ya verilən məlumata görə, tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, hərbi hissə komandirinin müavini Aftandil Budaqov, zabit, gizir heyəti və əsgərlər iştirak ediblər.
Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən hərbi hissə komandirinin müavini Aftandil Budaqov "Şəhadət" filminin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə böyük töhfə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu cür ekran əsərləri əsgərlərimizin döyüş ruhunu daha da yüksəldir.
Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Şəhadət” sənədli filminin çəkilməsini zəruri edən amillərə toxunub, filmin dini maarifləndirmə işindəki əhəmiyyətindən danışıb. Sədr müavini qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür mənfi tendensiyaların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından geniş bəhs edib. Bildirib ki, radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və ümumilikdə dini biliklərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizə işində başlıca istiqamət dini maarifçilik, milli-mənəvi dəyərlərin qorunması və təbliği işinin mütəmadi aparılmasıdır. Bu cür maarifçilik tədbirləri cəmiyyətin bütün təbəqələrində, o cümlədən hərbi hissələrdə təşkil olunur.
Gündüz İsmayılov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması, Vətənə, dövlətə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilib: “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir və Azərbaycan ordusu işğal olunmuş torpalarımızı azad etməyə mənəvi-psixoloji baxımdan tam hazırdır”.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR