Slimfit
  1. DÜNYA

Vətəndaşlarını ABŞ-dan çıxarmayan ölkələrə sanksiyalar tətbiq edilə bilər

Vətəndaşlarını ABŞ-dan çıxarmayan ölkələrə sanksiyalar tətbiq edilə bilər
Sakura

Vətəndaşlarını ABŞ-dan çıxarmayan ölkələrə sanksiyalar tətbiq edilə bilər

ABŞ Prezidenti Donald Tramp pandemiya şəraitində öz vətəndaşlarını bu ölkədən çıxarmaqdan imtina edən dövlətlərə viza sanksiyalarının tətbiq edilməsi ilə bağlı memorandum imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə müvafiq sənəd Ağ evin mətbuat xidməti tərəfindən dərc olunub.

“Davam edən pandemiya şəraitində öz vətəndaşlarını qəbul etməyən və bu prosesi səbəbsiz yerə uzadan ölkələr amerikalılar üçün ictimai səhiyyə sahəsində risklər yaradır. Birləşmiş Ştatlar ABŞ qanunlarını pozan xarici ölkə vətəndaşlarının geri qaytarılması üçün imkana malik olmalıdır”, - deyə memorandumda bildirilir.

Donald Trampın göstərişinə əsasən, ABŞ-ın Daxili Təhlükəsizlik naziri bu ölkələrin siyahısını dövlət departamentinə təqdim etməli və sonuncu siyahını aldıqdan sonra yeddi gündən gec olmayaraq viza sanksiyaları planının icrasına başlamalıdır.

“Xarici dövlətlər vətəndaşlarının qəbulunu bərpa etdikdən sonra onlara qarşı tətbiq edilən sanksiyalar dayandırılmalıdır”, - deyə sənəddə vurğulanır.

Memorandum müddəti uzadılmayacağı təqdirdə 2020-ci il dekabrın 31-də qüvvədən düşəcək.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 12:50-yə olan məlumata əsasən, ABŞ-da yeni koronavirusa yoluxanların sayı 500 min nəfəri keçib, 18 min 761 nəfər ölüb, 27 min 314 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR