Slimfit
  1. İQTİSADİYYAT

Vətəndaşların elektron sistemlə kirayə mənzil seçimi davam edir

Vətəndaşların elektron sistemlə kirayə mənzil seçimi davam edir
Sakura

Vətəndaşların elektron sistemlə kirayə mənzil seçimi davam edir

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi prosesi davam edir. Artıq Fondun razılıq barədə qərarını əldə edən 150 vətəndaşdan 56-sı onlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun olaraq mənzil seçimi edib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, Fond tərəfindən EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi də davam etdirilir. Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar

8236

Müraciət formalaşdıranlar

7408

Müraciət göndərənlər

5769

Sənəd təqdim edənlər

292

Razılıq qərarı alanlar

150

Razılıq verilməsindən imtina olunanlar

1

Mənzil seçimi edənlər

56


Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR