Slimfit
  1. CƏMİYYƏT

Vətəndaşlara DİN adından saxta SMS-lər gəlir

Vətəndaşlara DİN adından saxta SMS-lər gəlir
Sakura

Vətəndaşlara DİN adından saxta SMS-lər gəlir

Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək 100 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir.

Ens.az “Report”-a istinadən xəbər verir ki, SMS-də istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün "blok olunduğu" bildirilir.

Həmçinin "blokdan çıxmaq" üçün 100 manat cərimə ödənilməsi tələb edilir. Cərimənin ödənilməsi üçün isə E-pul.az ödəniş sistemində pul kisəsi ünvanı göstərilir.

"Cərimənin ödənilməsi tələbini nəzərə almadığınız halda, cihazınızda olan bütün kontaktlara həmin insidentin təsviri və və cərimə barədə sizə məlumat vermələri xahişi ilə SMS göndəriləcək” şəklində yazılan şantaj mətnində cinayət işi başlanacağı barədə də hədə yer alır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, bu cür dələduzluq halları bir neçə il əvvəl də müşahidə edilib:

“Həmin vaxt DİN tərəfindən müvafiq araşdırma aparılıb və bu əməli törədənlər ifşa edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılıblar. Əgər hazırda da belə hal varsa, rəsmi qaydada hüquq mühafizə orqanlarına müraciət edilsin və məsələ araşdırılacaq”, - deyən E.Zahidov vətəndaşları diqqətli olmağa çağırıb.

“Report” məsələ ilə bağlı “E-pul” layihəsinin Müştəri Xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, bu, sadəcə müxtəlif brauzerlərdən yayılan virusdur və onun ödəniş sistemi ilə heç bir əlaqəsi yoxdur, qeyd olunan nömrəli pul kisəsi isə mövcud deyil və ona hansısa məbləğdə ödəniş həyata keçirmək mümkün deyil.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR