Slimfit
  1. CƏMİYYƏT

Vətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama

Vətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama
Sakura

Vətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama

Ölkədə karantin rejimi elan olunmasına və bununla əlaqədar respublika üzrə sərnişindaşınma fəaliyyətinin dayandırılmasına baxmayaraq, bəzi vətəndaşlar özlərini təcili tibbi yardım avtomobili ilə xəstaxanaya aparılan xəstənin yaxını kimi təqdim edirlər.

 

Baş Dövlət Yol Polisİdarəsindən Modern.az-a verilən məlumata görə, onlar nəqliyyat vasitəsinə sərnişin kimi minir və həkimlərin etirazına baxmayaraq xəstə ilə birgə onların da daşınmasını tələb edirlər:

 

“Xəstənin qohumlarının təkidi ilə üzləşən tibb heyəti məcburiyyət qarşısında onları təcili yardım avtomobilinə mindirsə də həmin şəxslər keçid postlarında saxlanılır və onların hərəkətləri karantin rejiminin pozulması kimi qiymətləndirilərək məsuliyyətə cəlb edilməklə geri qaytarılırlar. 



Belə halların təkrarlanmaması məqsədilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına sağlamlıqlarının qorunması naminə ölkədə tətbiq olunan katrantin rejiminə ciddi riayət etməyi və məsuliyyətə cəlb edilməmək üçün müxtəlif yollarla polis postlarından keçməyə cəhd göstərməməyi tövsiyə edir”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR