Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhidin qardaşı: “Mənimlə fəxr edəcəksiniz demişdi” - MÜSAHİBƏ

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhidin qardaşı: “Mənimlə fəxr edəcəksiniz demişdi” - MÜSAHİBƏ
Sakura

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhidin qardaşı: “Mənimlə fəxr edəcəksiniz demişdi” - MÜSAHİBƏ

Vətən müharibəsinin 2783 şəhidindən biri də 25 yaşlı Həmidzadə Hüseyn Akif ogludur.

Bakı şəhərində anadan olan şəhidimiz 2018-ci ildə Murov Dağ zirvəsində N saylı hərbi xidmətdə olub. 2019-cu ildə hərbi xidmətini başa vuran şəhid Hüseyn Həmidzadə torpağa bağlı insan olub.

Vətənə, dövlətə, torpağa sevgi ilə böyüyən H.Həmidzadə kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyib.

Oxu.Az-ın əməkdaşı ilə söhbət edən şəhidin qardaşı Məmmədbağır Həmidov deyir ki, qardaşı döyüşə getməzdən qabaq valideynlərinə “mənimlə fəxr edəcəksiz” deyib:

“Qardaşım uşaqlıq illərindən həmişə ədalətli olub. Ata-anaya qayğı ilə yanaşıb, mehriban insan olub. Döyüşlər başlayanda könüllü olaraq ön cəbhəyə yollandı. Füzuli şəhərinin alınmasında qəhramanlıq göstərərək, düşmənlərə qan uddurub. Yüzlərlə ermənini məhv edərək, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarıb.

Füzuli şəhəri işğaldan azad olunduq sonra qardaşım döyüş yoldaşları ilə birlikdə Cəbrayıl rayon istiqamətində gedən döyüşlərə qatılıb. Ermənilərə qarşı ağır zərbələr endirərək çoxlu sayda canlı qüvvəsini məhv edib”.

Qardaşı deyir ki, şəhid H.Həmidov Xocavənd istiqamətində gedən döyüşlərdə də iştirak edib:

“Xocavəndin işğaldan azad olunmasına, eləcə də kəndlərin alınmasında misli görünməmiş qəhramanlıq göstərib. Telefonla danışanda qardaşım atama dedi ki, Xocalının, şəhidlərimizin, general Polad Həşimovun həm də öz komandiri Azad Abbasovun qisasını aldıq”.

Şəhidin komandiri kapitan Emin Əhmədov, döyüş yoldaşları onun Füzulidə, Cəbrayılda və Xocavənddə döyüşlərdə cəsur iştirak etdiyini deyirlər. Gözündə qorxu olmayan H.Həmidov Qarabağ uğrunda gedən döyüşdə, daha dəqiq desək, oktyabrın 25-də ağır yaralanıb.

Xocavənd rayonun ərazisində yaralanan igidimiz döyüş meydanında qəhramancasına şəhid olub. O Şəki rayonunun Oxud kəndində dəfn edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, şəhid Həmidzadə Hüseyn Akif oglu ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR