Slimfit
  1. CƏMİYYƏT

Vətən müharibəsi “məğlubedilməz” erməni ordusu xülyasının sonu oldu – AÇIQLAMA

Vətən müharibəsi “məğlubedilməz” erməni ordusu xülyasının sonu oldu – AÇIQLAMA
Sakura

Vətən müharibəsi “məğlubedilməz” erməni ordusu xülyasının sonu oldu – AÇIQLAMA

“Ermənistan hakimiyyətinin nümayəndələri illərdir Azərbaycana qarşı təcavüzkar mövqe siyasəti həyata keçirməyə çalışırdılar. Hətta Ermənistanın sabiq müdafiə naziri David Tonoyan beynəlxalq tədbirlərin birində nəinki Azərbaycanın işğal edilən torpaqlarını qaytarmaq, əksinə, bizə qarşı yeni torpaq iddiaları irəli sürdü. Təəssüf ki, bəyanatın səsləndirildiyi platformada David Tonoyanın fikirləri işğalçı siyasət yürüdən bir sıra Avropa dövlətlərinin rəhbərləri tərəfindən alqışlarla qarşılandı. Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürən Nikol Paşinyan isə ictimaiyyətə yeni savaşa başlamaq üçün Ermənistanın “on minlərlə könüllü gəncinin silahlanmağa” hazır olduğunu bildirdi. Bütün bunlar danışıqlar əsasında öz torpaqlarını geri qaytarmaq istəyən, sülh çağırışları edən Azərbaycan üçün son nöqtə oldu”.

Ens.Az-ın məlumatına əsasən,bu barədə AZƏRTAC-a açıqlamasında hərbi ekspert, jurnalist İbrahim Rüstəmov deyib.

Hərbi ekspert İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistan hakimiyyətinin işğalçı siyasətinin bölgədə dözülməz vəziyyət yaratdığını xatırladıb: “Cəbhədə daim təxribatlar törədilir, məqsədli şəkildə dinc əhali hədəf alınırdı. Otuz il Azərbaycan torpaqlarını işğal altında saxlayan, yüz minlərlə vətəndaşımızı öz yurd-yuvalarından didərgin salan separatçıların gözünü qan elə örtmüşdü ki, onlar Kür çayına qədər olan ərazilərə iddia edirdilər. Onlar Azərbaycan dövlətini və xalqını Mingəçevirdəki su anbarını partlatmaqla hədələyirdilər. Bütün bunlara baxmayaraq, Azərbaycan konfliktin sülh yolu ilə həlli istiqamətində siyasət yürüdür, eyni zamanda, baş verən hadisələri nəzərə alaraq öz ordusunu da möhkəmləndirirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu prioritet elan etmişdi. Bu məqsədlə Azərbaycanın dövlət büdcəsindən hər il ordu quruculuğuna ayrılan maliyyə vəsaitinin miqdarı artırılır, hərbi qulluqçuların maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial müdafiəsinin yaxşılaşdırılması, yeni kadrların hazırlanması və ordunun müasir silahlarla təmin edilməsi daim diqqət mərkəzində saxlanılırdı. Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlərində iştirak edirdi. Bununla yanaşı, Azərbaycan həm də öz hərbi sənayesində olduqca böyük irəliləyişlərə nail oldu. Qeyd edilənlər Azərbaycanın ordu quruculuğu ilə bağlı nəzərdə tutulan strategiyasının ən önəmli qismidir”.

İ.Rüstəmovun sözlərinə görə, Nikol Paşinyan başda olmaqla Ermənistanın hakimiyyət nümayəndələrinin, Qarabağdakı separatçıların başçılarının Azərbaycana qarşı sərt açıqlamaları, hədələri, cəbhədə davamlı şəkildə baş verən təxribatlar ölkəmizin səbrini daşırdı. Artıq Azərbaycanın beynəlxalq səviyyədə öz gücünü göstərməsinin vaxtı gəlib çatmışdı: “Ali Baş Komandan 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusuna əks-hücum göstərişi verdi. Ermənistanın 30 il müddətində Azərbaycan ərazilərində qurduğu həddindən artıq yüksək davamlılıq xarakterinə malik istehkamlar bir-bir məhv edilir, “Ohanyan səddi” və digər müdafiə sistemləri xüsusi hazırlanan əməliyyat planları ilə təhlükəsizləşdirildi. Əlbəttə, bütün bunlar “məğlubedilməz” erməni ordusu xülyasının da sonu oldu”.

Hərbi ekspert qeyd edib ki, Vətən savaşının ən unudulmaz qismi məhz onun ildırım sürəti ilə həyata keçirilməsi olub: “Əməliyyatın strateji taktikası, sözün əsl mənasında, peşəkarcasına hazırlandı. Ordumuz düşmənə arxa cəbhədən gələn köməyin qarşısını almış, eyni zamanda, onların bütün kommunikasiya sistemlərinin logistikasını sıradan çıxarmışdı.

Mən Vətən müharibəsində Ali Baş Komandan və Azərbaycan xalqı arasındakı birliyə diqqət çəkmək istəyirəm. Biz bu birliyi bir Dəmir yumruq kimi simvolizə edə bilərik. Azərbaycan vahid bir cəbhədə, yəni Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdi. Nəticə olaraq isə Azərbaycan döyüş meydanında Zəfərə addımladı. Ermənistanın kapitulyasiyası ilə başa çatan savaşda biz heç bir halda, hətta döyüş meydanında da müharibə qanunlarını, beynəlxalq hüququn normalarını pozmadıq. Azərbaycan dövləti qanunun aliliyinə, Ordumuzun gücünə arxalanaraq ölkədə separatizmin kökünü kəsdi.

Hazırda isə Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə viran edilən Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Artıq həmin ərazilərimizə Böyük Qayıdış başlayıb. Bütün bunlar qürurvericidir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilər qısa müddətdə tam bərpa olunacaq, insanlar doğma yurdlarına qayıdaraq xoşbəxt ömür sürəcəklər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR