Slimfit
  1. SİYASƏT

"Haber Global": "Türkiyə və Azərbaycan öncül oldu, Türk Dünyasında bir ilkə imza atıldı"

"Haber Global": "Türkiyə və Azərbaycan öncül oldu, Türk Dünyasında bir ilkə imza atıldı"
Sakura

"Haber Global": "Türkiyə və Azərbaycan öncül oldu, Türk Dünyasında bir ilkə imza atıldı"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan və Türkiyənin liderliyi sayəsində yaradılan Türk Dünyası Marketinq, Reklam və Media Birliyi (TÜREK) ilə bağlı reportaj hazırlayıb.

Ens.Az xəbər verir ki, reportajda Türk dünyasında əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan TÜREK-in yaradılması ideyasının təşəbbüskarları Azərbaycan və Türkiyənin reklam strukturları olduğu vurğulanıb.

Süjetdə TÜREK-in yaradılmasının Türk dünyasına qazandırdığı üstünlüklər yer alıb. Qeyd olunub ki, birliyin yaradılması ilə türk brendləri qlobal səviyyəyə çıxmaq imkanı əldə edəcək.

"Yeni strukturun mərkəzi ofisi İstanbulda yerləşəcək. TÜREK türk dövlətlərinin reklam sənayesində sinerji yaratmaq, mal və xidmətlərin rəqabət qabiliyyətini artırmaq məqsədilə çoxsaylı layihələr həyata keçirməyi planlaşdırır. Quruma sədrlik ilk iki il Türkiyəyə tapşırılacaq, daha sonra Azərbaycana keçəcək. Təşkilat digər türk dövlətlərinin, eləcə də diaspor strukturlarının iştirakına açıqdır", - reportajda deyilir.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR