Dərc edildi: Baxış sayı: 312
Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində öldü
Şabranda Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində ölüb.
Ens.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən yük maşınının təkərinin partlaması nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişib.
Məlumata görə, R.Əzimov qardaşına kömək etmək məqsədilə sexə gəlibmiş.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət